Yeni xəbərlər burada görünəcək.

DƏFN ÜÇÜN HƏYƏCAN TƏBİLİ

Leqal xəbər məlumar verir ki, İranda ölkənin keçmiş ali lideri Əli Xameneinin rəsmi dəfn mərasiminə hazırlıqlar başlayıb. Məlumata görə, mərasimin təşkili üçün xüsusi koordinasiya mərkəzi yaradılıb. Rəsmilər təhlükəsizlik səbəbindən aylardır təxirə salınan dəfn mərasiminin keçirilməsi istiqamətində

8 baxış 3 dəq
Leqal xəbər məlumar verir ki, İranda ölkənin keçmiş ali lideri Əli Xameneinin rəsmi dəfn mərasiminə hazırlıqlar başlayıb.
Məlumata görə, mərasimin təşkili üçün xüsusi koordinasiya mərkəzi yaradılıb. Rəsmilər təhlükəsizlik səbəbindən aylardır təxirə salınan dəfn mərasiminin keçirilməsi istiqamətində hazırlıq işlərinin davam etdiyini bildirirlər.
İran dövlət mediasının yaydığı xəbərlərdə qeyd olunur ki, mərasimdə həm ölkə daxilindən, həm də xaricdən çoxsaylı qonaqların iştirakı gözlənilir. Hazırlıq prosesinə müxtəlif dövlət qurumları cəlb olunub və bütün işlər vahid koordinasiya əsasında həyata keçirilir.
Xatırladaq ki, Əli Xamenei ABŞ və İsrailin hücumları zamanı həlak olmuşdu. Onun ölümündən sonra ölkə rəhbərliyinin oğlu Müctəba Xameneiyə keçdiyi bildirilir. Təhlükəsizlik risklərinə görə rəsmi dəfn mərasimi bu günə qədər keçirilməmişdi.
Xəbəri paylaş Dostlarınıza göndərin