Yeni xəbərlər burada görünəcək.

DİM inzibati vəzifələrin BB qrupu üzrə imtahan təşkil edəcək

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 2-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçiriləcək. Məlumata görə, imtahanda iştirak etmək üçün ümumilikdə 1125 namizəd qeydiyyatdan keçib. Namizədlər imtahana buraxılış vərəqəsini çap etməli, imtahana

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, avqustun 2-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçiriləcək.

Məlumata görə, imtahanda iştirak etmək üçün ümumilikdə 1125 namizəd qeydiyyatdan keçib.

Namizədlər imtahana buraxılış vərəqəsini çap etməli, imtahana gələrkən isə şəxsiyyət vəsiqəsinin əslini və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər.

İmtahan iki növbədə təşkil olunacaq. Birinci növbə saat 10:00-da, ikinci növbə isə 16:00-da başlayacaq. Müvafiq olaraq, saat 09:45 və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

İmtahanların təşkili üçün 12 zal administratoru, 73 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Xəbəri paylaş Dostlarınıza göndərin