Yeni xəbərlər burada görünəcək.

DİN: CİNAYƏT TÖRƏTMƏKDƏ ŞÜBHƏLİ BİLİNƏN 50 NƏFƏR SAXLANILIB

LEQAL XƏBƏR məlumat verir ki, iyunun 15-də ölkə ərazisində qeydə alınan 33 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarışda olan ümumilikdə 70 nəfər saxlanılıb. Onlardan 37-si

5 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, iyunun 15-də ölkə ərazisində qeydə alınan 33 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, axtarışda olan ümumilikdə 70 nəfər saxlanılıb. Onlardan 37-si borclu şəxs qismində, 8-i itkin düşmüş kimi, 9-u isə dələduzluğa görə axtarışda olub.
Həmçinin narkotiklərlə bağlı 7 fakt aşkar edilib. Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində yabanı halda bitmiş 3,9 ton çəkidə 7 min 847 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Qanunsuz saxlanılan silah-sursatla bağlı 17 fakt müəyyən olunub. Paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı 8 avtomat, 1 pulemyot, 1 tapança, 9 tüfəng, 7 patron darağı və 84 ədəd patron götürülüb.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Xəbəri paylaş Dostlarınıza göndərin