Yeni xəbərlər burada görünəcək.

DİN-DƏN ƏMƏLİYYAT: DOQQUZ NƏFƏR SAXLANILDI

LEQAL XƏBƏR məlumat verir ki, Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, Siyəzən rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, Siyəzən rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 43 yaşlı Teymur Cavadov saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsində xüsusi qulluq edilərək yetişdirilən 62 ədəd narkotik tərkibli kol aşkarlanaraq götürülüb.

Bundan başqa, rayon ərazisində keçirilən digər əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən daha 8 nəfər saxlanılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarları ilə saxlanılan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş Dostlarınıza göndərin