Daxili İşlər Nazirliyi vətəndaşlara növbəti dəfə müraciət edərək kiberdələduzluq hallarına qarşı diqqətli olmağa çağırıb. Bildirilib ki, naməlum nömrələrdən daxil olan zəng və mesajlara ehtiyatla yanaşmaq vacibdir. Qeyd olunub ki, ani diqqətsizlik maddi vəsaitlərin itirilməsi və şəxsi məlumatların ələ keçirilməsi ilə nəticələnə bilər. Özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin kart məlumatları, şifrə və digər məxfi məlumatları tələb etməsi dələduzluq əlamətidir. Nazirlik vurğulayıb ki, bank kartına dair məlumatlar, o cümlədən PIN-kod və digər məxfi məlumatlar heç bir halda üçüncü şəxslərlə paylaşılmamalıdır. Heç bir bank və ya maliyyə qurumunun nümayəndəsi bu məlumatları zəng və ya mesaj vasitəsilə tələb etmir. Eyni zamanda “WhatsApp” tətbiqi üzərindən daxil olan zənglərə də xüsusi diqqət yetirilməsi tövsiyə olunur. Sosial şəbəkələrdə göndərilən naməlum keçidlərə daxil olmaq şəxsi və maliyyə məlumatlarının oğurlanmasına səbəb ola bilər.
DİN-dən xəbərdarlıq
Daxili İşlər Nazirliyi vətəndaşlara növbəti dəfə müraciət edərək kiberdələduzluq hallarına qarşı diqqətli olmağa çağırıb. Bildirilib ki, naməlum nömrələrdən daxil olan zəng və mesajlara ehtiyatla yanaşmaq vacibdir. Qeyd olunub ki, ani diqqətsizlik maddi vəsaitlərin itirilməsi və şəxsi məlumatların
27 baxış
3 dəq
