Yeni xəbərlər burada görünəcək.

“DİVLƏR SARAYI”NIN SİRRİ: AZIX QƏBİLƏSİNDƏN ALP BABALARIMIZA UZANAN YOL

LEQAL XƏBƏR məlumat verir ki, Cəbrayıl rayonunda yerləşən və xalq arasında “Divlər sarayı” kimi tanınan qədim mağara yaşayış məskəni ilə bağlı maraqlı araşdırma təqdim olunub. Filologiya elmləri doktoru, dosent Şakir Albalıyevin fikrincə, “Divlər sarayı” adının mənşəyi nağıllardakı qorxunc divlərlə

7 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Cəbrayıl rayonunda yerləşən və xalq arasında “Divlər sarayı” kimi tanınan qədim mağara yaşayış məskəni ilə bağlı maraqlı araşdırma təqdim olunub.
Filologiya elmləri doktoru, dosent Şakir Albalıyevin fikrincə, “Divlər sarayı” adının mənşəyi nağıllardakı qorxunc divlərlə deyil, qədim dövrlərdə yaşamış nəhəng və qüvvətli insanlarla bağlıdır. Alim hesab edir ki, mağaranın adı “div kimi yekəpər insanlar yaşayan saray” mənasını daşıyır.
Məqalədə qeyd olunur ki, Azərbaycanın ən qədim insan məskənlərindən biri olan Azıx mağarası ilə “Divlər sarayı” arasında tarixi və mədəni əlaqələrin mövcud olması ehtimalı böyükdür. Müəllif Azıx qəbiləsi ilə bölgədə yaşamış digər qədim insan icmaları arasında qarşılıqlı münasibətlərin olduğunu vurğulayır.
Araşdırmada bildirilir ki, müxtəlif xalqların mifologiyasında divlər bədəncə iri, güclü insanlar kimi təsvir edilir. Bəzi mənbələrdə onların qəddar, digərlərində isə sülhsevər və xeyirxah olduqları göstərilir. Alimlərə görə, div obrazının mənfi xarakter qazanması sonrakı dövrlərdə formalaşıb.
Şakir Albalıyev hesab edir ki, “Divlər sarayı”nda yaşamış insanlar əslində ulu babalarımız, alp ərənlər olub. Onların “div” adlandırılması isə fiziki gücləri və nəhəng görkəmləri ilə əlaqədardır.
Məqalədə həmçinin vurğulanır ki, insanların öz əcdadlarını mənfi obrazlarla deyil, xeyirxah və qüdrətli varlıqlarla əlaqələndirməsi təbiidir. Bu baxımdan “Divlər sarayı” qədim Azərbaycan tarixinin və mədəni yaddaşının mühüm izlərindən biri hesab olunur.
Xəbəri paylaş Dostlarınıza göndərin