Yeni xəbərlər burada görünəcək.

Dələduzluq edən qadın saxlanıldı

Leqal xəbər bildirirki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşları aldadaraq onların pulunu ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, özünü dövlət qurumlarından

13 baxış 3 dəq

Leqal xəbər bildirirki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində vətəndaşları aldadaraq onların pulunu ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, o, özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib. Şübhəli şəxs əvvəlcədən ödəniş etmələri müqabilində zərərçəkmişlərə sosial müavinət və güzəştli mənzil veriləcəyini vəd edib. Bildirilir ki, həmin üsulla Xəyalə Kərimova 8 min manatdan artıq pulu mənimsəyib.


Xəbəri paylaş Dostlarınıza göndərin