Yeni xəbərlər burada görünəcək.

DƏLƏDUZLUQDA İTTİHAM EDİLƏN NİGAR FƏRHAD SƏRBƏST BURAXILDI

LEQAL XƏBƏR məlumat verir ki, dələduzluqda ittiham edilərək saxlanılan “AİD Group” şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb. Məlumata görə, Nigar Fərhad istintaq orqanında dindirilib. İzahatı alındıqdan sonra onun sərbəst buraxılmasına və istintaq dövründə polis nəzarətində

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, dələduzluqda ittiham edilərək saxlanılan “AİD Group” şirkətinin təsisçisi Nigar Fərhad sərbəst buraxılıb.

Məlumata görə, Nigar Fərhad istintaq orqanında dindirilib. İzahatı alındıqdan sonra onun sərbəst buraxılmasına və istintaq dövründə polis nəzarətində saxlanılmasına qərar verilib.

Qeyd edək ki, Nigar Fərhad və onun həyat yoldaşı Samir Yəhyazadə barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) cinayət işi başlanılıb və hər iki şəxs məsuliyyətə cəlb edilib.

Nigar Fərhadın istintaq dövründə vətəndaşlara dəymiş ziyanı ödəmək öhdəliyi götürdüyü bildirilir.

Məhz bu öhdəliyi nəzərə alınaraq onun sərbəst buraxıldığı qeyd olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin