Suriyanın paytaxtı Dəməşqdə kafelərdən birində güclü partlayış baş verib.
LEQAL XƏBƏR verir ki, ilkin məlumata əsasən, hadisə nəticəsində azı 4 nəfər ölüb, 11 nəfər yaralanıb.
Bildirilib ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilir.
Hadisənin başvermə səbəbləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.