Yeni xəbərlər burada görünəcək.

DOHADA ABŞ VƏ İRAN ARASINDA DOLAYI DANIŞIQLAR DAVAM EDİR

ABŞ və İran arasında dolayı danışıqlar Qətərin paytaxtı Dohada davam edir. LEQAL XƏBƏR verir ki, Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilən texniki danışıqlarda tərəflər ayrı-ayrılıqda vasitəçilərlə görüşlər keçirirlər. Məlumata görə, İran nümayəndə heyəti Pakistan, ABŞ nümayəndə heyəti isə

6 baxış 3 dəq
ABŞ və İran arasında dolayı danışıqlar Qətərin paytaxtı Dohada davam edir.
LEQAL XƏBƏR verir ki, Qətər və Pakistanın vasitəçiliyi ilə keçirilən texniki danışıqlarda tərəflər ayrı-ayrılıqda vasitəçilərlə görüşlər keçirirlər.
Məlumata görə, İran nümayəndə heyəti Pakistan, ABŞ nümayəndə heyəti isə Qətər vasitəçiləri ilə müzakirələr aparır.
Bildirilir ki, danışıqlarda əsas müzakirə mövzuları İranın dondurulmuş maliyyə vəsaitlərinin azad edilməsi və Hörmüz boğazı ilə bağlı məsələlər olub.
Qeyd edək ki, tərəflər arasında birbaşa təmas olmayıb və danışıqlar vasitəçilər üzərindən davam etdirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin