Yeni xəbərlər burada görünəcək.

Dörd rayon 40 min manatlıq ağac kəsiminə görə cəzalandırıldı

Leqal Xəbər məlumat verir ki. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Qəbələ, Şamaxı, Xaçmaz və Lerik rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Araşdırma zamanı Qəbələ rayonu Kiçik Əmili və

9 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Qəbələ, Şamaxı, Xaçmaz və Lerik rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Araşdırma zamanı Qəbələ rayonu Kiçik Əmili və Zalam kəndlərinin ərazisindən keçən su kanalının ətrafında, Şamaxı rayonu Mərzəndiyə, Xaçmaz rayonu Ağtala kəndləri ərazisində və Lerik rayonu Bobla kəndi yaxınlığında ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 40 529 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Xəbəri paylaş Dostlarınıza göndərin