Yeni xəbərlər burada görünəcək.

“DÖVLƏT AUDİTİ” İNFORMASİYA SİSTEMİ YARADILIR - FƏRMAN

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda “Dövlət auditi” informasiya sistemi (DAİS) yaradılır. Prezident İlham Əliyev “Dövlət auditi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, “Dövlət auditi” informasiya

5 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Azərbaycanda “Dövlət auditi” informasiya sistemi (DAİS) yaradılır.

Prezident İlham Əliyev “Dövlət auditi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

Fərmana əsasən, “Dövlət auditi” informasiya sistemi yaradılır və sistemin fəaliyyəti ilə bağlı Əsasnamə təsdiq edilir.

Sistemin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi Hesablama Palatasına həvalə olunub.

DAİS-in “Hökumət buludu”nda yerləşdirilməsi, həmçinin dövlət informasiya ehtiyatlarının və sistemlərinin vahid reyestrinə daxil edilməsi üçün də müvafiq tədbirlər həyata keçiriləcək.

Bundan başqa, dövlət orqanları və qurumları ilə birlikdə məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasının təmin edilməsi məqsədilə üç ay müddətində zəruri tədbirlərin görülməsi tapşırılıb.

Görülən işlər barədə Azərbaycan Prezidentinə məlumat təqdim ediləcək.

Xəbəri paylaş Dostlarınıza göndərin