Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin sabiq vəzifəli şəxsi İlham Məmmədli və Mirhəmdulla Əmirov barəsində cinayət işinin istintaqı başa çatıb. İstintaqla İlham Məmmədlinin Mirhəmdulla Əmirovun işə gəlmədiyi halda hərbi təlim toplanışlarında iştirak etməsi barədə saxta arayışlar tərtib etdiyi və bunun nəticəsində ona əsassız əməkhaqqı ödənildiyi barədə əsaslı şübhələr müəyyən edilib. Hər iki şəxsə müxtəlif maddələrlə ittiham elan olunub. Onlar barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Dövlət Xidmətinin vəzifəli şəxsi ilə bağlı cinayət işi məhkəməyə göndərildi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin sabiq vəzifəli şəxsi İlham Məmmədli və Mirhəmdulla Əmirov barəsində cinayət işinin istintaqı başa çatıb. İstintaqla İlham Məmmədlinin Mirhəmdulla Əmirovun işə gəlmədiyi halda hərbi təlim toplanışlarında iştirak
4 baxış
3 dəq