Yeni xəbərlər burada görünəcək.

DÖVLƏTİN MÜDAXİLƏSİ TƏNQİD EDİLDİ

Leqal xəbər məlumat verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev dövlətin bazara müdaxiləsinin ciddi problemlər yarada biləcəyini bildirib. O, bu fikirləri Bakıda keçirilən “Caspian Agro Week” çərçivəsində təşkil olunan Aqrobiznesin İnkişafı Forumunda səsləndirib. Rzayevin

8 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev dövlətin bazara müdaxiləsinin ciddi problemlər yarada biləcəyini bildirib. O, bu fikirləri Bakıda keçirilən “Caspian Agro Week” çərçivəsində təşkil olunan Aqrobiznesin İnkişafı Forumunda səsləndirib.

Rzayevin sözlərinə görə, bazar iqtisadiyyatında dövlətin birbaşa müdaxiləsi arzuolunan deyil, çünki bu, sahibkarlığın inkişafına mənfi təsir göstərə bilər. O vurğulayıb ki, sahibkarlıq və fermer fəaliyyəti yalnız gəlir mənbəyi deyil, həm də yeni iş yerlərinin yaradılması, ərzaq bolluğunun təmin edilməsi və ümumi rifahın artırılması baxımından vacib rol oynayır.

Komitə sədri qeyd edib ki, sahibkarlar da öz növbəsində inkişaf etməli, bilik və bacarıqlarını artırmalıdır. Müasir dövrdə texnologiya və süni intellektin ön plana çıxdığını deyən Rzayev, bu dəyişikliklərə uyğunlaşmayanların problemlərlə üzləşəcəyini bildirib.

O həmçinin vurğulayıb ki, ərzaq təhlükəsizliyinin təmin olunması ümumi məsuliyyətdir və bu sahədə dövlətlə yanaşı özəl sektor da aktiv rol oynamalıdır.

Xəbəri paylaş Dostlarınıza göndərin