Legal Xəbər məlumat verir ki, Ukraynanın Xerson şəhərində təcili tibbi yardım avtomobili dron hücumuna məruz qalıb. Hadisənin şəhərin Dniprovski rayonunda yerləşən xəstəxanalardan birinin ərazisində baş verdiyi bildirilir.
Məlumata görə, hücum nəticəsində vəzifə başında olan iki tibb işçisi yaralanıb. Yaralıların müxtəlif dərəcəli xəsarətlər aldığı, onlara tibbi yardım göstərildiyi qeyd olunur.
Hücum zamanı təcili yardım avtomobilinə də ciddi ziyan dəyib. Avtomobilin şüşələri qırılıb, kuzovunda isə qəlpə izləri əmələ gəlib.
Hadisənin görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və müzakirələrə səbəb olub. Faktla bağlı araşdırma aparılır.