Yeni xəbərlər burada görünəcək.

DRONLARA QARŞI YENİ DÖYÜŞ “GELANDEWAGEN” LAYİHƏSİ HAZIRLAYIR

Leqal Xəbər məlumat verir ki, Almaniyanın “Mercedes-Benz” konserni dronlara qarşı mübarizə üçün yeni döyüş “Gelandewagen” layihəsinin hazırlanması üzərində işləyir. Məlumata görə, şirkət bu məqsədlə “Tytan Technologies” startapı ilə əməkdaşlıq sazişi imzalamaq niyyətindədir. Sözügedən startap

7 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, Almaniyanın “Mercedes-Benz” konserni dronlara qarşı mübarizə üçün yeni döyüş “Gelandewagen” layihəsinin hazırlanması üzərində işləyir.
Məlumata görə, şirkət bu məqsədlə “Tytan Technologies” startapı ilə əməkdaşlıq sazişi imzalamaq niyyətindədir. Sözügedən startap tərəfindən hazırlanan “Tytan” dronları 40 kilometrə qədər uçuş məsafəsinə malikdir və artıq Ukrayna və Almaniya orduları tərəfindən istifadə olunur.
Bildirilib ki, Almaniya ordusu hazırda “Gelandewagen” avtomobillərindən hərbi məqsədlər üçün də istifadə edir. Yeni layihə çərçivəsində dronlarla təchiz edilmiş döyüş “Gelandewagen”lərin qruplar halında tətbiqi nəzərdə tutulur.
Qeyd olunur ki, bu sistemlərin idarə olunması “Mercedes-Benz Sprinter” mikroavtobuslarında yerləşdiriləcək mobil mini-qərargah vasitəsilə həyata keçiriləcək.
Xəbəri paylaş Dostlarınıza göndərin