Yeni xəbərlər burada görünəcək.

Müəllim həmkarını döydü

Ağstafa şəhərində yerləşən Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında baş verən mübahisə xəsarətlə nəticələnib. Məlumata görə, məktəbdə dərs bölgüsü ilə bağlı yaranan narazılıq zəminində iki müəllim arasında insident yaşanıb. Hadisə zamanı 1981-ci il təvəllüdlü ibtidai

8 baxış 3 dəq

Ağstafa şəhərində yerləşən Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında baş verən mübahisə xəsarətlə nəticələnib.

Məlumata görə, məktəbdə dərs bölgüsü ilə bağlı yaranan narazılıq zəminində iki müəllim arasında insident yaşanıb.

Hadisə zamanı 1981-ci il təvəllüdlü ibtidai sinif müəllimi P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.

P. Məmmədova müəllim yoldaşı S. Əhmədovanın ona fiziki xəsarət yetirdiyini bildirib.

Daxili İşlər Nazirliyinin regional qrupundan verilən məlumata görə, faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisənin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcəyi bildirilib.

Xəbəri paylaş Dostlarınıza göndərin