Yeni xəbərlər burada görünəcək.

DSX-DƏN CƏNUB SƏRHƏDİNDƏ ƏMƏLİYYAT

LEQAL XƏBƏR məlumat verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) cənub sərhədində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 78 kiloqramdan artıq narkotik vasitə və psixotrop tərkibli həblər qanunsuz dövriyyədən çıxarılıb. DSX-nin Mətbuat Mərkəzinin məlumatına görə, sərhəd axtarışı və əməliyyat

10 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) cənub sərhədində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 78 kiloqramdan artıq narkotik vasitə və psixotrop tərkibli həblər qanunsuz dövriyyədən çıxarılıb.

DSX-nin Mətbuat Mərkəzinin məlumatına görə, sərhəd axtarışı və əməliyyat tədbirləri zamanı "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram narkotik vasitə (5 kiloqram 530 qram marixuana, 850 qram tiryək) və 1 990 ədəd psixotrop tərkibli "Metadon M-40" həbi aşkar edilib.

Bundan başqa, "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində 71 kiloqram 870 qram marixuana aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin