Yeni xəbərlər burada görünəcək.

DTX-DƏN XÜSUSİ ƏMƏLİYYAT: 17 İL BEYNƏLXALQ AXTARIŞDA OLAN ŞƏXS AZƏRBAYCANA GƏTİRİLDİ

LEQAL XƏBƏR məlumat verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) verdiyi məlumata əsasən, antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışda olan Namiq Rəşid oğlu Ağalarov saxlanılaraq Azərbaycana gətirilib və istintaqa cəlb olunub. Məlumata görə, Namiq

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) verdiyi məlumata əsasən, antiterror və əməliyyat-axtarış tədbirləri çərçivəsində 2009-cu ildən beynəlxalq axtarışda olan Namiq Rəşid oğlu Ağalarov saxlanılaraq Azərbaycana gətirilib və istintaqa cəlb olunub.

Məlumata görə, Namiq Ağalarov 2008-2009-cu illərdə Əfqanıstan, Pakistan və digər ölkələrdə qanunsuz silahlı birləşmələrin tərkibində fəaliyyət göstərib.

O, BMT mandatlı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin şəxsi heyətinə qarşı silahlı pusquların qurulması, məsafədən partlayıcı qurğuların tətbiqi, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinə, müxtəlif ölkələrin vətəndaşlarına və logistika şəbəkələrinə qarşı silahlı hücumların təşkilində iştirak etməkdə ittiham olunur.

İstintaq materiallarına əsasən, Ağalarov məsuliyyətdən yayınmaq məqsədilə uzun illər ərzində müxtəlif adlardan istifadə edərək ayrı-ayrı ölkələrdə gizlənib.

Həmçinin onun cihad və radikal dini təbliğat fəaliyyəti ilə məşğul olduğuna dair məlumatların olduğu bildirilib.

Hazırda Namiq Ağalarovla bağlı istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaş Dostlarınıza göndərin