Yeni xəbərlər burada görünəcək.

DTX sabiq vəzifəli şəxsi həbs etdi

Yeni Azərbaycan Partiyasının (YAP) Balakən rayon təşkilatının sədri vəzifəsindən azad edilən Azad Balayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Leqal Xəbər Gununsesi.info-ya istinadən məlumat verir ki, Azad Balayev sabiq icra başçısı İslam Rzayevin cinayət işi üzrə üzə çıxan

9 baxış 3 dəq

Yeni Azərbaycan Partiyasının (YAP) Balakən rayon təşkilatının sədri vəzifəsindən azad edilən Azad Balayev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Leqal Xəbər Gununsesi.info-ya istinadən məlumat verir ki, Azad Balayev sabiq icra başçısı İslam Rzayevin cinayət işi üzrə üzə çıxan faktlarla bağlı həbs edilib.

Qeyd edək ki, sabiq icra başçısı ötən ilin oktyabr ayında həbs olunub, ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvətalma) maddələri üzrə ittiham irəli sürülüb.

İslam Rzayev oktyabrın 30-da Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xəbəri paylaş Dostlarınıza göndərin