Yeni xəbərlər burada görünəcək.

Dubay və Əbu-Dabi vuruldu

Əbu-Dabi və Dubay şəhərlərinin raket hücumuna məruz qaldığı bildirilir. Məlumata görə, İran ABŞ-nin regiondakı hərbi bazalarına qarşı raket zərbələrini davam etdirir. Əbu-Dabidə partlayış səslərinin eşidildiyi barədə xəbərlər yayılıb. Bundan əvvəl Küveyt, Bəhreyn və Qətərdə də partlayışlarla bağlı

10 baxış 3 dəq

Əbu-Dabi və Dubay şəhərlərinin raket hücumuna məruz qaldığı bildirilir. Məlumata görə, İran ABŞ-nin regiondakı hərbi bazalarına qarşı raket zərbələrini davam etdirir. Əbu-Dabidə partlayış səslərinin eşidildiyi barədə xəbərlər yayılıb. Bundan əvvəl Küveyt, Bəhreyn və Qətərdə də partlayışlarla bağlı məlumatlar yayılmışdı. Bəzi ərəb ölkələrinin hava məkanına daxil olan raketlərin zərərsizləşdirildiyi qeyd olunur. İran dövlət televiziyası ABŞ-nin regiondakı hərbi bazalarının hədəf alındığını açıqlayıb. Birləşmiş Ərəb Əmirliklərinin rəsmi qurumları isə Dubay və Əbu-Dabinin hücuma məruz qaldığını təsdiqləyib. İtkilərlə bağlı hələlik məlumat verilməyib.



Xəbəri paylaş Dostlarınıza göndərin