Yeni xəbərlər burada görünəcək.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək. Leqal Xəbər "Emirates 24/7" portalına istinadən məlumat verir ki, bu barədə rayonun kommersiya sektorunun böyük

6 baxış 3 dəq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.

Leqal Xəbər "Emirates 24/7" portalına istinadən məlumat verir ki, bu barədə rayonun kommersiya sektorunun böyük direktoru Rəşid Əl-Harmudi bildirib.

Qızıl yolun 2026-cı ilin sonunadək inşasının başa çatdırılması nəzərdə tutulub. Əl-Harmudinin sözlərinə görə, bu unikal layihə Dubayın qlobal turizm məkanı və dünya qızıl ticarətinin mərkəzi kimi mövqelərini daha da möhkəmləndirmək məqsədi daşıyır.

Qızıl piyada yolunun salınması ilə yanaşı, həmin rayonda Yaxın Şərqdə qızıl və zərgərlik məmulatlarının ticarətinə həsr olunmuş ən böyük sərgilərdən birinin də keçirilməsi planlaşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin