Yeni xəbərlər burada görünəcək.

Dünya bazarında neft BAHALAŞDI

LEQAL XƏBƏR məlumat verir ki, qlobal enerji bazarında neft qiymətləri əvvəlki kəskin ucuzlaşmadan sonra yenidən yüksəliş nümayiş etdirib. Məlumata görə, Londonun ICE birjasında sentyabr ayı üzrə "Brent" markalı neftin fyuçersləri Bakı vaxtı ilə saat 09:17-də 2,97 dollar və ya 3,53 faiz

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, qlobal enerji bazarında neft qiymətləri əvvəlki kəskin ucuzlaşmadan sonra yenidən yüksəliş nümayiş etdirib.

Məlumata görə, Londonun ICE birjasında sentyabr ayı üzrə "Brent" markalı neftin fyuçersləri Bakı vaxtı ilə saat 09:17-də 2,97 dollar və ya 3,53 faiz bahalaşaraq bir barel üçün 87,06 dollara yüksəlib. Əvvəlki ticarət sessiyasında isə bu marka 4,27 dollar və ya 4,8 faiz ucuzlaşaraq 84,09 dollar olmuşdu.

Nyu-York Ticarət Birjasında (NYMEX) isə sentyabr ayı üzrə WTI markalı xam neftin fyuçersləri 2,62 dollar və ya 3,31 faiz artaraq bir barel üçün 81,88 dollara çatıb. Bundan əvvəlki sessiyada WTI markalı neft 3,35 dollar və ya 4,1 faiz ucuzlaşaraq 79,26 dollar səviyyəsində ticarət olunmuşdu.

Xəbəri paylaş Dostlarınıza göndərin