Yeni xəbərlər burada görünəcək.

Dünya şöhrətli sənətkarın bu gün doğum günüdür- Müslüm Maqomayev

Avqustun 17-si dünyaşöhrətli sənətkar, Azərbaycanın əfsanəvi səsi Müslüm Maqomayevin doğum günüdür. 1942-ci ildə Bakıda dünyaya göz açan Müslüm Maqomayev ömrü boyu doğma şəhəri ilə xüsusi bağını qoruyub saxladı. O, ilk dəfə 14 yaşında məhz Bakıda səhnəyə çıxdı və sonralar səsi dünyanın ən böyük

10 baxış 3 dəq
Avqustun 17-si dünyaşöhrətli sənətkar, Azərbaycanın əfsanəvi səsi Müslüm Maqomayevin doğum günüdür. 1942-ci ildə Bakıda dünyaya göz açan Müslüm Maqomayev ömrü boyu doğma şəhəri ilə xüsusi bağını qoruyub saxladı. O, ilk dəfə 14 yaşında məhz Bakıda səhnəyə çıxdı və sonralar səsi dünyanın ən böyük səhnələrində eşidildi. Müslüm Maqomayev Azərbaycanın klassik musiqisinin banilərindən biri olan bəstəkar Müslüm Maqomayevin nəvəsi idi. 31 yaşında SSRİ Xalq artisti adına layiq görülən sənətkar həm opera, həm də estrada səhnəsində özünəməxsus iz qoydu. Onun ifasında Azərbaycan mahnıları milyonlarla insanın qəlbinə yol tapdı.
Bakı isə onun üçün həmişə xüsusi idi - uşaqlığının, ilk addımlarının və böyük sənət yolunun başladığı şəhər. Sergey Yeseninin sözlərinə bəstələdiyi “Əlvida, Bakı” əsəri də sənətkarın doğma şəhərə sevgisinin kövrək ifadələrindən biri oldu.
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə 66 yaşında vəfat etdi və Bakıda, Fəxri xiyabanda dəfn olundu.
Xəbəri paylaş Dostlarınıza göndərin