Yeni xəbərlər burada görünəcək.

DÜNYADA YANACAQ TƏDARÜKÜ TƏŞVİŞİ

Yaxın Şərqdən yanacaq tədarükündə yarana biləcək yeni fasilələrlə bağlı narahatlıqlar qlobal bazarda neftin qiymətinin artmasına səbəb olub. LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bakı vaxtı ilə saat 09:16-ya olan məlumata əsasən, Londonun ICE

8 baxış 3 dəq

Yaxın Şərqdən yanacaq tədarükündə yarana biləcək yeni fasilələrlə bağlı narahatlıqlar qlobal bazarda neftin qiymətinin artmasına səbəb olub.

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.

Bakı vaxtı ilə saat 09:16-ya olan məlumata əsasən, Londonun ICE birjasında sentyabr ayına çatdırılma üzrə "Brent" markalı neftin füçerslərinin qiyməti 1,35 dollar və ya 1,48 faiz artaraq bir barel üçün 92,36 dollara yüksəlib.

Qeyd edək ki, əvvəlki ticarət sessiyasında da "Brent" markalı neft 1,79 dollar və ya 2 faiz bahalaşaraq bir barel üçün 91,01 dollara çatmışdı.

Nyu-York Ticarət Birjasında (NYMEX) isə sentyabr ayına çatdırılma ilə WTI markalı xam neftin füçersləri 1,14 dollar və ya 1,35 faiz bahalaşaraq bir barel üçün 85,48 dollar olub.

Əvvəlki sessiyada WTI markalı neftin qiyməti 1,68 dollar və ya 2 faiz artaraq bir barel üçün 84,91 dollar təşkil etmişdi.

Xəbəri paylaş Dostlarınıza göndərin