Yeni xəbərlər burada görünəcək.

DÜNYANIN ƏN VARLI ÖLKƏSİDİR, AMMA VALYUTASI YOXDUR

LEQAL XƏBƏR məlumat verir ki, Fransa ilə İspaniyanın arasında, Pireney dağlarında yerləşən Andorra kiçik ərazisinə baxmayaraq, özünəməxsus idarəetmə sistemi və iqtisadi modeli ilə diqqət çəkir. Təxminən 468 kvadratkilometr əraziyə və 80 minə yaxın əhaliyə malik Andorra Avropanın ən kiçik

6 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Fransa ilə İspaniyanın arasında, Pireney dağlarında yerləşən Andorra kiçik ərazisinə baxmayaraq, özünəməxsus idarəetmə sistemi və iqtisadi modeli ilə diqqət çəkir.

Təxminən 468 kvadratkilometr əraziyə və 80 minə yaxın əhaliyə malik Andorra Avropanın ən kiçik dövlətlərindən biridir.

Ölkənin maraqlı xüsusiyyətlərindən biri onun ikili dövlət başçılığı sisteminə malik olmasıdır. Andorranın dövlət başçısı eyni vaxtda Fransa prezidenti və İspaniyanın Urgell katolik yepiskopu hesab olunur.

Andorra əhalisi dövlət başçısını birbaşa seçmir. Fransa prezidenti isə Fransada keçirilən prezident seçkiləri nəticəsində müəyyənləşir.

Ölkənin öz milli valyutası və mərkəzi bankı yoxdur. Avropa İttifaqının üzvü olmasa da, Andorra rəsmi ödəniş vasitəsi kimi avrodan istifadə edir.

Ölkə iqtisadiyyatında əsas payı turizm, bankçılıq və pərakəndə ticarət tutur. Andorrada standart ƏDV dərəcəsi 4,5 faizdir. Nisbətən aşağı vergi yükü ölkəni xüsusilə alış-veriş üçün cəlbedici istiqamətlərdən birinə çevirib.

Andorra hər il milyonlarla turist qəbul edir. Turizmlə yanaşı, ölkədə işsizlik səviyyəsinin də 1 faizdən aşağı olduğu bildirilir.

Paytaxt Andorra la Vella dəniz səviyyəsindən təxminən 1 023 metr yüksəklikdə yerləşir və Avropanın ən yüksəkdə yerləşən paytaxtlarından biridir.

Dağlıq relyefə görə Andorrada aktiv hava limanı və dəmir yolu xətti yoxdur. Ölkəyə əsasən İspaniyanın Barselona və Fransanın Tuluza şəhərləri istiqamətindən avtomobil yolları ilə getmək mümkündür.

Andorra dünyada rəsmi dili yalnız katalan dili olan yeganə müstəqil dövlət kimi də diqqət çəkir. Bununla yanaşı, ölkədə ispan, fransız və portuqal dillərindən geniş istifadə olunur.

Ölkənin daimi ordusu yoxdur və müdafiəsində Fransa və İspaniyanın xüsusi rolu var.

Andorra həmçinin yüksək həyat standartları və uzunömürlülük göstəriciləri ilə seçilən Avropa ölkələrindən biri hesab olunur.

Xəbəri paylaş Dostlarınıza göndərin