Yeni xəbərlər burada görünəcək.

Ebola virusu Konqoda sürətlə yayılır

LEQAL XƏBƏR məlumat verir ki, Ebola virusu Konqo Demokratik Respublikasının şimal-şərqində sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəziyyətlə bağlı ciddi narahatlıq ifadə edib. Son məlumatlara əsasən, təsdiqlənmiş yoluxma hallarının sayı 710-a, ölüm halları isə ən azı 149-a

5 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Ebola virusu Konqo Demokratik Respublikasının şimal-şərqində sürətlə yayılmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəziyyətlə bağlı ciddi narahatlıq ifadə edib.
Son məlumatlara əsasən, təsdiqlənmiş yoluxma hallarının sayı 710-a, ölüm halları isə ən azı 149-a çatıb. Son 24 saat ərzində daha 21 yeni yoluxma halı qeydə alınıb.
Xəstəxanalarda və təcridxanalarda yüzlərlə xəstə müalicə olunur, mütəxəssislər real göstəricilərin rəsmi rəqəmlərdən daha yüksək ola biləcəyini bildirirlər. ÜST və yerli hakimiyyət orqanları virusun yayılmasının qarşısını almaq üçün təxminən 550 milyon dollarlıq genişmiqyaslı proqram həyata keçirir.
Məlumata görə, yoluxmaların 93 faizi İturi əyalətində qeydə alınıb, lakin virus Şimali və Cənubi Kivu bölgələrinə də yayılmaqdadır. Qonşu Uqandada da 19 yoluxma və 2 ölüm halı təsdiqlənib.


Xəbəri paylaş Dostlarınıza göndərin