Yeni xəbərlər burada görünəcək.

EBOLA VİRUSUNA QARŞI PEYVƏNDİN İLK KLİNİK SINAQLARINA BAŞLANILDI

LEQAL XƏBƏR məlumat verir ki, Ebola virusuna qarşı hazırlanmış yeni peyvəndin ilk klinik sınaqlarına start verilib. Məlumata görə, sınaqların ilkin mərhələsində 50 sağlam könüllü iştirak edəcək. Tədqiqat zamanı peyvəndin təhlükəsizlik göstəriciləri və iştirakçıların immun sisteminin reaksiyası

15 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Ebola virusuna qarşı hazırlanmış yeni peyvəndin ilk klinik sınaqlarına start verilib.

Məlumata görə, sınaqların ilkin mərhələsində 50 sağlam könüllü iştirak edəcək. Tədqiqat zamanı peyvəndin təhlükəsizlik göstəriciləri və iştirakçıların immun sisteminin reaksiyası qiymətləndiriləcək.

Bildirilib ki, Hindistanın Qan Zərdabı İnstitutu preparatın uğurlu nəticə verəcəyi təqdirdə növbəti mərhələlər və mümkün təcili istifadə üçün əvvəlcədən 620 minə yaxın sınaq vaksini istehsal edib. İlk mərhələ üçün isə 4 min doza ayrılıb.

Məlumata əsasən, COVID-19 peyvəndlərində olduğu kimi, Ebola virusunun Bundibugyo ştamına qarşı hazırlanan vaksin də şimpanze adenovirusu platforması əsasında hazırlanıb.

Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Afrika Mərkəzlərinin baş direktoru Jan Kaseya bildirib ki, peyvənd uğurlu nəticə versə belə, onun hazırkı Ebola yayılmasının gedişatına ciddi təsir göstərməsi gözlənilmir. Onun sözlərinə görə, bu preparat gələcək epidemiyalarla mübarizədə daha effektiv peyvəndlərin hazırlanması üçün mühüm əhəmiyyət daşıyır.

Xəbəri paylaş Dostlarınıza göndərin