Yeni xəbərlər burada görünəcək.

EDİN CEKO MİLLİ KARYERASINI BAŞA VURUR

LEQAL XƏBƏR məlumat verir ki, Bosniya və Herseqovina milli komandasının tarixinin ən sərrast oyunçusu Edin Ceko oktyabr ayında yığmadakı karyerasına yekun vuracaq. Məlumata görə, məşhur forvard bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb. "Bəzən bu anın nə vaxt gələcəyini düşünürdüm,

7 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Bosniya və Herseqovina milli komandasının tarixinin ən sərrast oyunçusu Edin Ceko oktyabr ayında yığmadakı karyerasına yekun vuracaq.

Məlumata görə, məşhur forvard bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb.

"Bəzən bu anın nə vaxt gələcəyini düşünürdüm, lakin bu sətirləri yazmağın mənim üçün bu qədər emosional olacağını heç təsəvvür edə bilməzdim. Oktyabrın 2-də İsveç yığmasına qarşı keçiriləcək UEFA Millətlər Liqası matçında mən milli komandamız üçün növbəti və sonuncu oyunuma çıxacağam. Karyeram ərzində heç nə bu formanı hər dəfə geyinəndə keçirdiyim qürur hissi ilə müqayisə oluna bilməzdi. İndi isə hiss edirəm ki, yerimi başqalarına vermək vaxtı çatıb", - deyə Ceko bildirib.

Qeyd edək ki, 40 yaşlı futbolçu Bosniya və Herseqovina yığmasında debütünü 2007-ci ildə Türkiyə komandasına qarşı keçirilən matçda edib və həmin görüşdə ilk qolunu vurub.

Ceko millinin heyətində ümumilikdə 151 oyun keçirib və 73 qol vurub. O, hər iki göstərici üzrə yığmanın mütləq rekordçusudur.

2026-cı ilin yanvarından Ceko Almaniyanın "Şalke" klubunda çıxış edir. Bundan əvvəl isə "Roma", "İnter", "Fiorentina", "Mançester Siti", "Volfsburq" və "Fənərbağça"nın formasını geyinib.

Xəbəri paylaş Dostlarınıza göndərin