Yeni xəbərlər burada görünəcək.

Eks Sevdiyi qızla evlənən kişini armaturla döydü

LEQAL XƏBƏR məlumat verir ki, Astarada 58 yaşlı İlham Hacıyev vaxtilə sevdiyi qızla ailə quran həmyerlisi İlqar Qarayevə armaturla hücum edib. Hadisə Astara şəhərindəki dənizkənarı bulvarda baş verib. Məlumata görə, İlqar Qarayev ailəsi ilə birlikdə Rusiyadan Astaraya qonaq gəlib və axşam bulvarda

5 baxış 3 dəq
LEQAL XƏBƏR məlumat verir ki, Astarada 58 yaşlı İlham Hacıyev vaxtilə sevdiyi qızla ailə quran həmyerlisi İlqar Qarayevə armaturla hücum edib.
Hadisə Astara şəhərindəki dənizkənarı bulvarda baş verib. Məlumata görə, İlqar Qarayev ailəsi ilə birlikdə Rusiyadan Astaraya qonaq gəlib və axşam bulvarda gəzərkən İlham Hacıyevlə qarşılaşıb.
İlham Hacıyev qəfil yerdən armatur götürərək İlqara hücum edib. O, “sən mənim sevdiyim qızı alıb qaçmısan” deyərək İlqarın baş və sifət nahiyəsinə zərbələr endirib. Ağır xəsarət alan İlqar huşunu itirərək yerə yıxılıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə İlham Hacıyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə İlham Hacıyevə 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Xəbəri paylaş Dostlarınıza göndərin