LEQAL XƏBƏR məlumat verir ki, son günlər sosial şəbəkələrdə və bəzi xəbər resurslarında repçi Elşad Xosenin səhhətinin ağırlaşdığı və onun Respublika Psixiatriya Mərkəzinə yerləşdirildiyi barədə yayılan iddialar həqiqəti əks etdirmir.
Məsələ ilə bağlı Respublika Psixiatriya Mərkəzindən bildirilib ki, sosial şəbəkələrdə və bəzi informasiya resurslarında yayılan məlumatlar doğru deyil və bu iddiaların heç bir əsası yoxdur.
Beləliklə, tibb müəssisəsi Elşad Xose ilə bağlı yayılan xəbərləri rəsmi olaraq təkzib edib.![]()