Müğənni və bəstəkar Elza Seyidcahanın həkim Rəşid Mahmudova qarşı qaldırdığı iddia üzrə məhkəmə araşdırması yekunlaşıb.
Yasamal Rayon Məhkəməsində baxılan iş üzrə iddia qismən təmin edilib. Məhkəmənin qərarına əsasən, Rəşid Mahmudov mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə Elza Seyidcahana 500 manat təzminat verməlidir.
Məhkəmə prosesində tərəflərin mövqeləri dinlənilib, təqdim olunan sübutlar və iş materialları araşdırılıb. Araşdırmaların nəticəsi olaraq məhkəmə iddianın qismən təmin olunması barədə qərar qəbul edib.
Qeyd edək ki, Elza Seyidcahan və Rəşid Mahmudov arasında yaranan mübahisə bir müddətdir ictimaiyyətin diqqət mərkəzində idi. Qəbul edilən qərarla bağlı tərəflərin yuxarı instansiya məhkəməsinə müraciət etmək hüququ saxlanılır.
Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, Rəşid Mahmudovun Elza Seyidcahana mənəvi ziyana görə 500 manat ödəməsi müəyyən edilib.![]()