Yeni xəbərlər burada görünəcək.

Ermənistan Aİ-yə qoşularsa, hava əlaqəsi dayandırılacaq

Leqal xəbər bildirir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, rəsmi İrəvan Aİ-yə qoşulacağı təqdirdə, Rusiya ilə hava əlaqələrinin dayandırılması ehtimalı yaranacaq. Overçukun sözlərinə görə,

24 baxış 3 dəq

Leqal xəbər bildirir ki,
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı diqqətçəkən açıqlama verib. O bildirib ki, rəsmi İrəvan Aİ-yə qoşulacağı təqdirdə, Rusiya ilə hava əlaqələrinin dayandırılması ehtimalı yaranacaq.

Overçukun sözlərinə görə, artıq Aİ ölkələri ilə hava əlaqələrinin məhdudlaşdırılması tendensiyası mövcuddur və bu proses Ermənistanı da əhatə edə bilər.

“Artıq Avropa İttifaqı ölkələri ilə hava əlaqəsi yoxdur, bu o deməkdir ki, Ermənistanla da hava əlaqəsi olmayacaq,” – deyə o qeyd edib.

Rusiya rəsmisi əlavə edib ki, bu qərar sərt görünə bilər, lakin Ermənistan cəmiyyətinin mümkün nəticələri əvvəlcədən anlaması vacibdir. Onun sözlərinə görə, Aİ-yə inteqrasiya istiqamətində atılan addımlar bu kimi nəticələr doğura bilər.

Xəbəri paylaş Dostlarınıza göndərin