İtaliya XİN rəhbəri Bakıdadır Gürcüstan prezidenti 232 nəfəri əfv edib Dünyanın 2-ci varlı insanı sərvətinin yarısını itirdi Gürcüstanda surroqat analıq qadağan olunur Respublikaçılar da Trampı hədəf aldı Moskva sakini lotereyada 7 milyon dollar udub. NATO-nun kəşfiyyat təyyarəsi Kalininqrad yaxınlığında görünüb Basketbolçumuz qalib olub "Titanik" sərnişinin cib saatı ən yüksək qiymətə satıldı Rza Talıbovun 73 milyonluq villası üzə çıxdı Xameneinin hədəfi dəqiq vuran raketlərlə bağlı göstərş verib Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib İranda zəlzələ olub London və Kiyev Britaniyada Ukrayna dronlarının istehsalının artırılması barədə razılığa gəlib İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb Böyük Britaniya yenidən Avropa İttifaqına qoşula bilər Almaniya xarici işlər naziri Ermənistanı konstitusiyasını dəyişməyə çağırıb Türkiyədə cənazə daşıyan mikroavtobus aşıb, 31 nəfər xəsarət alıb Vəkil Orxan Kəngərli ilə birgə daha 6 nəfər nəbs olundu İrandan qaçaqmalçılıq yolu ilə gətirilən dərmanlar aşkarlanıb

ERMƏNİSTAN VƏTƏNDAŞLARININ MƏHKƏMƏSİ DAVAM EDİR

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədildiyi bildirilən çoxsaylı ağır cinayətlərə görə məhkum olunmuş Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib. LEQAL XƏBƏR xəbər verir ki, məhkəmə prosesi Bakı

8 baxış 3 dəq
ERMƏNİSTAN VƏTƏNDAŞLARININ MƏHKƏMƏSİ DAVAM EDİR

Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində törədildiyi bildirilən çoxsaylı ağır cinayətlərə görə məhkum olunmuş Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

LEQAL XƏBƏR xəbər verir ki, məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın iştirakı ilə keçirilib. Ehtiyat hakim qismində isə Əli Məmmədov iştirak edib.

İş üzrə apellyasiya şikayəti verən şəxslər arasında Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər Ermənistan vətəndaşları yer alırlar.

Onlar Bakı Hərbi Məhkəməsinin hökmü ilə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanun və qaydalarının pozulması, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyətin zorla ələ keçirilməsi və digər ağır cinayətlərdə təqsirli bilinərək məhkum ediliblər.

Məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri erməni və rus dillərində tərcüməçi ilə təmin olunub. Onların müdafiə hüquqlarının təmin edilməsi məqsədilə vəkillərin iştirakı da təmin edilib.

Məhkəmə baxışı davam edir.

Xəbəri paylaş Dostlarınıza göndərin