Yeni xəbərlər burada görünəcək.

ERMƏNİSTANA MƏHDUDİYYƏT QOYDU

Leqal Xəbər məlumat verir ki, Rusiya Ermənistandan balıq və balıq məhsullarının idxalını dayandırmaq qərarı verib. Bildirilib ki, Rusiyanın aidiyyəti nəzarət qurumu Ermənistanın balıq emalı müəssisələrində və balıq yetişdirmə təsərrüfatlarında apardığı yoxlamalardan sonra bu qərarı qəbul edib.

6 baxış 3 dəq
Leqal Xəbər məlumat verir ki, Rusiya Ermənistandan balıq və balıq məhsullarının idxalını dayandırmaq qərarı verib.
Bildirilib ki, Rusiyanın aidiyyəti nəzarət qurumu Ermənistanın balıq emalı müəssisələrində və balıq yetişdirmə təsərrüfatlarında apardığı yoxlamalardan sonra bu qərarı qəbul edib.
Qərara əsasən, iyunun 2-dən etibarən vəziyyət tam tənzimlənənədək Ermənistanın əksər şirkətlərindən Rusiyaya diri balıq və balıq məhsullarının ixracı məhdudlaşdırılacaq.
Məlumata görə, yalnız yoxlamadan keçmiş iki müəssisənin məhsullarına əlavə laborator nəzarət şərti ilə Rusiya bazarına çıxışa icazə veriləcək. Bu addımın iki ölkə arasında ərzaq və kənd təsərrüfatı məhsullarının ticarətinə təsir göstərə biləcəyi bildirilir.
Xəbəri paylaş Dostlarınıza göndərin