Leqal xəbər məlumat verir ki, Ermənistanda qarşıdan gələn parlament seçkiləri fonunda regionda siyasi proseslər və geosiyasi rəqabət daha da diqqət mərkəzinə düşüb. Analitik yazılarda qeyd olunur ki, Avropa İttifaqının son dövrlərdə Cənubi Qafqazda diplomatik fəallığını artırması Rusiyanın diqqətini çəkir və Moskva İrəvandakı prosesləri yaxından izləyir.
Məlumatlarda bildirilir ki, Avropa liderlərinin həm Ermənistana, həm də Azərbaycana səfərləri regionda sülh prosesinə dəstək kimi qiymətləndirilsə də, Rusiya bunu öz təsir dairəsinə müdaxilə kimi qəbul edə bilər. Eyni zamanda, Ermənistan daxilində seçkilər öncəsi siyasi ritorikanın sərtləşdiyi və müxtəlif qüvvələrin mövqelər uğrunda mübarizəni gücləndirdiyi vurğulanır.