Yeni xəbərlər burada görünəcək.

Ev yanaraq külə döndü

Leqal xəbər məlumat verir ki, Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. Hadisə H. Əliyev prospekti 28/6 ünvanında yerləşən mənzildə qeydə alınıb. Məlumata görə, taxta konstruksiyadan ibarət ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 40 kv.m olan mənzil əşyaları ilə

22 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. Hadisə H. Əliyev prospekti 28/6 ünvanında yerləşən mənzildə qeydə alınıb. Məlumata görə, taxta konstruksiyadan ibarət ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 40 kv.m olan mənzil əşyaları ilə birlikdə tam yanıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb və digər mənzillərə keçməsinin qarşısı alınıb. Sakinlər təxliyə edilib, hadisə zamanı xəsarət alan olmayıb.

Xəbəri paylaş Dostlarınıza göndərin