Yeni xəbərlər burada görünəcək.

FHN QANUNSUZ TİKİLİNİ SÖKDÜ

Leqal xəbər məlumat verir ki, Fövqəladə Hallar Nazirliyi Sumqayıtda qanunsuz inşa edilən tikilinin sökülməsi ilə bağlı əməliyyat həyata keçirib. Məlumata görə, Sumqayıt şəhərinin 76-cı məhəlləsində zəbt edilmiş ərazidə qanunsuz tikinti işləri aparıldığı aşkarlanıb. Bununla bağlı Əmlak Məsələləri

9 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, Fövqəladə Hallar Nazirliyi Sumqayıtda qanunsuz inşa edilən tikilinin sökülməsi ilə bağlı əməliyyat həyata keçirib.

Məlumata görə, Sumqayıt şəhərinin 76-cı məhəlləsində zəbt edilmiş ərazidə qanunsuz tikinti işləri aparıldığı aşkarlanıb. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti FHN-ə müraciət edib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Qeyd olunur ki, Sumqayıtda qanunsuz tikililərlə bağlı nəzarət tədbirləri davam etdirilir və oxşar hallarla bağlı mübarizə mütəmadi şəkildə aparılır.

Xəbəri paylaş Dostlarınıza göndərin