Yeni xəbərlər burada görünəcək.

FIFA prezidenti Azərbaycana gəlib.

FIFA prezidenti Canni İnfantino Azərbaycana səfər edib. “Legal Xəbər”in məlumatına görə, FIFA rəhbərinin Bakıya səfəri paytaxtda keçiriləcək U-15 Dünya Çempionatı və festivalı ilə əlaqədardır. Turnirin oktyabrın 24-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulur. Yarışda müxtəlif ölkələrin 15 yaşadək

14 baxış 3 dəq

FIFA prezidenti Canni İnfantino Azərbaycana səfər edib.

“Legal Xəbər”in məlumatına görə, FIFA rəhbərinin Bakıya səfəri paytaxtda keçiriləcək U-15 Dünya Çempionatı və festivalı ilə əlaqədardır.

Turnirin oktyabrın 24-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulur. Yarışda müxtəlif ölkələrin 15 yaşadək futbolçulardan ibarət komandaları mübarizə aparacaq.

Azərbaycan millisi turnirin AF qrupunda yer alıb. Yığmamız qrup mərhələsində Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timor komandaları ilə qarşılaşacaq.

Canni İnfantinonun səfəri çərçivəsində Azərbaycanda futbolun inkişafı, yeniyetmə futbolunun təşviqi və qarşıdakı turnirlə bağlı müxtəlif görüşlərin keçirilməsi gözlənilir.

Qeyd edək ki, U-15 Dünya Çempionatı çərçivəsində Bakıda futbol festivalının da təşkili planlaşdırılır.

Xəbəri paylaş Dostlarınıza göndərin