Yeni xəbərlər burada görünəcək.

FIFA yeni qaydaları təsdiqlədi

Leqal xəbər məlumat verir ki, FIFA 2026-cı il Dünya Çempionatından etibarən tətbiq olunacaq yeni oyun qaydalarını rəsmi şəkildə açıqlayıb. Dəyişikliklərin əsas məqsədi oyunun sürətini artırmaq və vaxt itkisini minimuma endirməkdir. Yeni qaydalara əsasən, əvəzetmə zamanı meydanı tərk edən futbolçu

17 baxış 3 dəq

Leqal xəbər məlumat verir ki, FIFA 2026-cı il Dünya Çempionatından etibarən tətbiq olunacaq yeni oyun qaydalarını rəsmi şəkildə açıqlayıb. Dəyişikliklərin əsas məqsədi oyunun sürətini artırmaq və vaxt itkisini minimuma endirməkdir.
Yeni qaydalara əsasən, əvəzetmə zamanı meydanı tərk edən futbolçu 10 saniyə ərzində xətti keçməlidir. Əks halda, oyuna daxil olacaq futbolçu 1 dəqiqə kənarda gözləməli olacaq və komanda müvəqqəti azlıqda qalacaq.
Bundan başqa, yan xətt atışları və qapı zərbələri zamanı oyunçuya cəmi 5 saniyə vaxt veriləcək. Müddət aşılarsa, top rəqib komandaya veriləcək. Həmçinin, zədələnən futbolçular üçün məcburi tibbi gözləmə müddəti tətbiq olunacaq və VAR sistemi daha geniş səlahiyyətlərə malik olacaq. Bu dəyişikliklərin futbolun dinamikasına ciddi təsir edəcəyi gözlənilir.

Xəbəri paylaş Dostlarınıza göndərin