Yeni xəbərlər burada görünəcək.

"FlyOne" Kişineu istiqamətində müntəzəm uçuşlara başlayıb

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb. Məlumata görə, yeni marşrut üzrə ilk reys iyulun 16-da Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb. Bakı-Kişineu-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə axşamı və bazar günləri həyata

5 baxış 3 dəq

LEQAL XƏBƏR xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat yayıb.

Məlumata görə, yeni marşrut üzrə ilk reys iyulun 16-da Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb.

Bakı-Kişineu-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə axşamı və bazar günləri həyata keçiriləcək. Yeni istiqamət Azərbaycan və Moldova arasında birbaşa hava əlaqələrini genişləndirərək sərnişinlər üçün daha rahat və əlçatan səyahət imkanları yaradacaq.

Qeyd olunub ki, "FlyOne" aviaşirkətinin Bakı istiqamətində fəaliyyətə başlaması Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq marşrut şəbəkəsinin və tərəfdaş aviaşirkətlər portfelinin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Yeni reyslərin iki ölkə arasında hava əlaqələrinin güclənməsinə və sərnişin mobilliyinin artmasına töhfə verəcəyi bildirilir.

Uçuş cədvəli, aviabiletlər və digər xidmətlərlə bağlı ətraflı məlumatı "FlyOne" aviaşirkətinin rəsmi satış kanalları vasitəsilə əldə etmək mümkündür.

Xəbəri paylaş Dostlarınıza göndərin