Yeni xəbərlər burada görünəcək.

ƏFQANISTANDA YENİ MƏHDUDƏYYİT

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” rəhbərliyinin qadınlarla bağlı yeni qaydalar tətbiq etdiyi bildirilir. Məlumata görə, ali lider Heybətulla Axundzadə tərəfindən təsdiqləndiyi deyilən qərarlar qadınların gündəlik həyatına daha sərt məhdudiyyətlər gətirir. Qaydalarda qeyd olunur ki,

8 baxış 3 dəq

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” rəhbərliyinin qadınlarla bağlı yeni qaydalar tətbiq etdiyi bildirilir. Məlumata görə, ali lider Heybətulla Axundzadə tərəfindən təsdiqləndiyi deyilən qərarlar qadınların gündəlik həyatına daha sərt məhdudiyyətlər gətirir. Qaydalarda qeyd olunur ki, qadınların ailə və sosial münasibətləri üzərində nəzarət gücləndirilir. İddialara əsasən, həyat yoldaşının icazəsi olmadan valideyn evinə gedən qadınlar cəzalandırıla bilər. Həmçinin bəzi hallarda ailədaxili zorakılıqla bağlı mübahisəli müddəaların yer aldığı bildirilir. Beynəlxalq hüquq müdafiə təşkilatları bu addımları qadın hüquqlarının daha da məhdudlaşdırılması kimi qiymətləndirərək narahatlıq ifadə ediblər. Mövzu sosial şəbəkələrdə geniş müzakirə olunur və dünya ictimaiyyətinin diqqət mərkəzində qalır.


Xəbəri paylaş Dostlarınıza göndərin