Yeni xəbərlər burada görünəcək.

Əfqanıstandan sərt açıqlama

Əfqanıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Qari Fəsihuddin Fitrat Pakistana ünvanlanan sərt açıqlama ilə çıxış edib. O bildirib ki, ölkənin milli təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə, Əfqanıstan ordusu Pakistan ərazisinin dərinliklərində, o cümlədən paytaxt İslamabadda hərbi

16 baxış 3 dəq

Əfqanıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Qari Fəsihuddin Fitrat Pakistana ünvanlanan sərt açıqlama ilə çıxış edib. O bildirib ki, ölkənin milli təhlükəsizliyinə təhdid yaranacağı təqdirdə, Əfqanıstan ordusu Pakistan ərazisinin dərinliklərində, o cümlədən paytaxt İslamabadda hərbi əməliyyatlara başlamaq potensialına malikdir. Qari Fəsihuddin Fitrat qeyd edib ki, Əfqanıstan öz ərazisinə qarşı istənilən təcavüzə cavabsız qalmayacaq və təhlükəsizliyin təmin olunması üçün zəruri addımlar atılacaq. Məsələ ilə bağlı Pakistan tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Regionda vəziyyətin gərgin olaraq qaldığı bildirilir.


Xəbəri paylaş Dostlarınıza göndərin