Pakistanla sərhəd münaqişəsində Əfqanıstanın azı 133 hərbi qulluqçusu həlak olub, 200-dən çoxu yaralanıb.
Pakistan informasiya naziri Attaulla Tarar bu barədə X hesabında bildirib.
Onun sözlərinə görə, Pakistan Ordusu Əfqanıstanın 27 hərbi postunu məhv edib və daha 9-nu nəzarət altına alıb. Tanklar, artilleriya və zirehli transportyor da daxil olmaqla, 80-dən çox hərbi texnika sıradan çıxarılıb.
"Kabil, Paktiya və Qəndəharda taliblərin müdafiə mövqelərinə hücumlar həyata keçirilib və itkilərin sayı arta bilər", - nazir əlavə edib.
