Fransada 2027-ci il prezident seçkilərinin keçiriləcəyi tarixlər müəyyənləşib.
LEQAL XƏBƏR verir ki, prezident seçkilərinin birinci turunun 18 aprel 2027-ci ildə, ikinci turunun isə 2 may 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Fransa Konstitusiyasına əsasən, prezident seçkilərinin birinci turu fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin başa çatmasına 35–20 gün qalmış keçirilməlidir. Hazırkı prezidentin səlahiyyət müddəti gələn il mayın 14-də başa çatdığından qanunvericiliyə uyğun müddət 9–24 aprel tarixlərini əhatə edir.