Yeni xəbərlər burada görünəcək.

FRANSADA İTKİN DÜŞƏN TİKTOKERİN MEYİTİ YANDIRILMIŞ HALDA TAPILDI

LEQAL XƏBƏR məlumat verir ki, Fransanın cənubunda tanınmış TikTok bloqçusu Sonia Bellina qətlə yetirilib. Onun cəsədi daha sonra yandırılıb. Məlumata görə, Bellinanın cəsədi avqustun 12-də səhər saatlarında aşkarlanıb. Meyit ağır zədələndiyi və qismən yandırıldığı üçün şəxsiyyətinin

10 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Fransanın cənubunda tanınmış TikTok bloqçusu Sonia Bellina qətlə yetirilib. Onun cəsədi daha sonra yandırılıb.

Məlumata görə, Bellinanın cəsədi avqustun 12-də səhər saatlarında aşkarlanıb. Meyit ağır zədələndiyi və qismən yandırıldığı üçün şəxsiyyətinin müəyyənləşdirilməsi təxminən bir həftə çəkib.

Aparılan DNT ekspertizasının nəticələri aşkar edilən cəsədin Sonia Bellinaya məxsus olduğunu təsdiqləyib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir. İstintaq çərçivəsində iki şübhəli şəxs saxlanılaraq nəzarətə götürülüb.

Qeyd edək ki, Sonia Bellinanın TikTok platformasında 260 mindən çox izləyicisi olub.

Xəbəri paylaş Dostlarınıza göndərin