Yeni xəbərlər burada görünəcək.

FRANSADA MEŞƏ YANĞINLARININ MİQYASI BÖYÜYÜR

LEQAL XƏBƏR məlumat verir ki, Fransada davam edən meşə yanğınlarının əhatə dairəsi genişlənməkdədir. Sena və Marna departamentinin yanğından mühafizə xidmətinin rəsmisi Pol-Eduar Loren bildirib ki, alovun gün ərzində daha da yayılması ehtimalı istisna olunmur. Onun sözlərinə görə, yanğınla

8 baxış 3 dəq

LEQAL XƏBƏR məlumat verir ki, Fransada davam edən meşə yanğınlarının əhatə dairəsi genişlənməkdədir.

Sena və Marna departamentinin yanğından mühafizə xidmətinin rəsmisi Pol-Eduar Loren bildirib ki, alovun gün ərzində daha da yayılması ehtimalı istisna olunmur.

Onun sözlərinə görə, yanğınla mübarizəyə 850 xilasedici cəlb edilib. Havadan isə əməliyyatlara 4 ədəd "Canadair" tipli yanğınsöndürən təyyarə dəstək verir.

Rəsmi əlavə edib ki, əlverişsiz hava şəraiti alovun daha sürətlə yayılmasına səbəb olur və söndürmə işlərini çətinləşdirir.

Qeyd edək ki, "Meteo-France" milli meteoroloji xidmətinin proqnozuna əsasən, iyulun 14-də ölkənin mərkəzi bölgələrində havanın temperaturunun 36-38 dərəcə arasında olacağı gözlənilir. Bu isə yanğın riskini daha da artırır.

Xəbəri paylaş Dostlarınıza göndərin