Leqal xəbər bildirirki, İraq Kürdüstanının Ərbil şəhərində yerləşən hərbi bazaya pilotsuz uçuş aparatları ilə hücum edilib. Hücum nəticəsində Fransa ordusunun bir hərbçisi həyatını itirib. Bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkədə məlumat verib. O bildirib ki, hücum zamanı bir neçə fransız hərbçi də yaralanıb. Makron hücumu qəbuledilməz adlandıraraq Fransa qoşunlarının bölgədə yalnız terrorla mübarizə məqsədilə yerləşdirildiyini vurğulayıb. Prezident həmçinin həlak olan hərbçinin ailəsinə və silahdaşlarına başsağlığı verib. Məlumata görə, ölən hərbçi VII Alp atış batalyonunun adyutant-rəisi Arnaud Frion olub. Hücumun dronlarla həyata keçirildiyi və bunun İran tərəfindən təşkil edildiyi iddia olunur.
Fransız hərbçi öldü
Leqal xəbər bildirirki, İraq Kürdüstanının Ərbil şəhərində yerləşən hərbi bazaya pilotsuz uçuş aparatları ilə hücum edilib. Hücum nəticəsində Fransa ordusunun bir hərbçisi həyatını itirib. Bu barədə Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkədə məlumat verib. O bildirib ki, hücum zamanı bir
11 baxış
3 dəq
