LEQAL XƏBƏR məlumat verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyində növbəti kadr dəyişikliyi həyata keçirilib.
Məlumata görə, Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasovun imzaladığı əmrə əsasən, İnsan resursları departamentinin Daxili dəyərlər şöbəsinin müdiri Fuad Pənah oğlu İsmayılov tutduğu vəzifədən azad edilib.
Hələlik vəzifədən azad edilmənin səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.![]()