Mina partlayışı nəticəsində xəsarət alan şəxsin bir əli amputasiya olunub.
Leqal Xəbər Oxu.az-a istinadən məlumat verir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasında, Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılovun sol əli bilək nahiyəsindən amputasiya olunub.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatına istinadən bildirir ki, 1984-cü il təvəllüdlü Bərdə rayon sakini İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində İsgəndər İsmayılov müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır.
Qırmızı Bazarda minaya düşən şəxs cərrahiyyə əməliyyatına alınıb.Oxu.Az-ın məlumatına görə, Xocavənd rayonunda baş vermiş mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Bərdə rayon sakini 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılov Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.O, Cərrahiyyə şöbəsindədir və əməliyyata alınıb.